“9 Noyabr – Bayraq Günü” tədbiri

7 noyabr tarixində M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə 9 Noyabr – Bayraq Günü münasibətilə tədbir keçirildi. Tədbir himnin səslənməsiylə başladı. Sonra təqdim edilən videorolikdə bayrağımıza aid film göstərildi, eyni zamanda bu filmdə ulu öndərimiz Heydər Əliyevin söylədiyi müdrik kəlamlar müstəqilliyimizin rəmzi olan bayrağımıza məhəbbətin sonsuz və tükənməz olduğunu sübut etdi. Tədbirdə çıxış edən şagirdlər bayrağın müqəddəs bir rəmz daşıdığını və bayrağa olan sevgilərini ifa etdikləri mahnı və şeirlərlə nümayiş etdirdilər. Sonda məktəbin direktoru Sevda Abdullayeva çıxış edərək şagirdlərə təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi