F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya

04 noyabr tarixində “Beynəlxalq məktəb kitabxanaları günü” ilə əlaqədar Nizami rayonu M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbin 6 c sinif şagirdləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya etdilər. Kitabxananın əməkdaşı uşaqları kitabxana ilə tanış etdi, kitab sərgiləri, elektron kitabxana, abonent zalı, kitab işləmə otağı, oxu zalları ilə tanış etdi. Uşaqlarda ən çox maraq doğuran “Nağıllar aləmi” otağı oldu. Burada uşaqların əl işlərindən ibarət olan nağıl qəhrəmanları haqqında çəkilmiş şəkillər, təbii parçalardan tikilmiş kitablar, oyuncaqlar və göstərilən cizgi filmi uşaqların daha çox marağına səbəb oldu. Azərbaycan xalq nağılları haqqında uşaqlarla sual-cavab keçirildi. Kiçik oxu zalında şagirdlər danışan, səsli, gözdən əlillər üçün hazırlanmış brayl şriftli kitablarla, disklər, pazllar və s. ilə tanış oldular. Bu ekskursiyanın təşkilində məqsəd uşaqların asudə vaxtlarını səmərəli keçirtmək, kitaba və mütaliyəyə maraq yaratmaqdır.