“Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri” mövzusunda tədbir

04 noyabr 2019-cu il tarixində “Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri” mövzusunda tədbir keçirildi. Tədbiri biologiya müəllimləri Ürfət Zeynalova və Vüsalə Bayramova 8-ci sinif şagirdləri arasında təşkil etdilər. Müəllimlər plastik qablaşdırma məhsullarının mənfi təsirindən, alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında maarifləndirici çıxış etdilər. Şagirdlər dərs zamanı istifadə etdikləri su qablarını zibil qabına tullayaraq plastik qablara öz etirazlarını bildirdilər.