OCEP 2019 layihəsi çərçivəsində tədbir

     Avropa Gənclər Olimpiya Festivalının tərkib hissəsi olan OCEP 2019 layihəsi çərçivəsində Serbiyanı təmsil edən M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə 13 iyun tarixində tədbir təşkil olundu. Tədbir Azərbaycan Respublikası və Serbiya Respublikasının himnlərinin səslənməsi ilə başladı. Sonra Azərbaycan Respublikasında idmanın inkişafı ilə əlaqədar olan videoçarx izləndi. Videoçarxda qeyd olundu ki, müstəqillik qazanmış Azərbaycan Respublikası iqtisadi, siyasi mədəni tərəqqi yolunda nailiyyətlər qazanaraq uğurlarını bütün sivil dünyaya dönə-dönə sübut etmişdir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı illərindən sonra ölkəmizin idman siyasəti də müvəffəqiyyətli inkişaf yoluna qədəm qoymuşdur. Bu yolun önəmli davamçısı cənab prezident  İlham Əliyev idman nailiyyətlərmizin inkişafı üçün daha da ciddi işlər görmüş , Azərbaycan bayrağı müxtəlif idman növləri üzrə keçirilən dünya yarışlarında vüqarla dalğalanmış,ölkəmizin idman şərəfi qorunmuşdur.

     Tədbirdə məktəbin şagirdlərinin idman komandasının çıxışları nümayiş olundu. Həmçinin şagirdlərin ifasında rəqs nümunələri, məktəblilərin ifa etdiyi “ Azərbaycan”  mahnısı da xoş ehval-ruhuyyə bəxş etdi. “Dostluq çələngi” adlı dünya xalqlarının rəqslərindən ibarət rəqs nümunəsi şagirdlərimizin ifasında təqdim edildi. Tədbirdə həmçinin Azərbaycan və Serbiyanın milli mətbəxindən yeməklər və şirniyyatlar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi nümayiş etdirildi.  

     Bildiyimiz kimi böyük Azərbaycan şairi İ.Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq bu ilimiz Nəsimi ili adlandırılmışdır. Tədbirin sonunda 650 il bundan əvvəl dünyaya Nəsimi adını tanıtdıran böyük şairin əbədiyyət üfüqlərində sönməz işıq kimi şölənənən əbədi məşələmizi yandırması Azərbaycan işığının hələ bundan sonra da sönməyəcəyini sübut elədi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi