Azərbaycanın dövlət rəmzlərinin yaranma tarixi, məna və mahiyyəti. Qədim Azərbaycan dövlətinin bayraqları və digər rəmzləri

3 iyun 2019-cu il tarixində M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbin 5 b sinif şagirdləri "Azərbaycanın dövlət rəmzlərinin yaranma tarixi, məna və mahiyyəti. Qədim Azərbaycan dövlətinin bayraqları və digər rəmzləri" mövzusu ilə bağlı təqdimat təqdim etdilər. Şagirdlər 3 nəfər olmaqla gerb, himn və bayraq haqqında təqdimat hazırlamışdılar. Hər 3 rəmzimizin Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılması vurğulandı. Müstəqillik əldə etdikdən sonra bütün dövlət binalarında Azərbaycan bayrağı dalğalanmağa başladı. 1992-ci ildə himn, 1993-cü  ildə isə dövlət gerbi haqqında Konstitusiya Qanunu qəbul edilmişdir. Dövlət atributlarının mahiyyəti və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin rəmzlərimizə hörmət ruhunda tərbiyə edilməsi, onların vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi