Etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində fəaliyyətin davam etdirilməsi

31 may 2019-cu il tarixində M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbin 6 "b" sinfində Aygün Bəndəliyeva tərəfindən "Etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində fəaliyyətin davam etdirilməsi" mövzusu ilə bağlı təqdimat keçirildi. Məlumat verildi ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən dövlət irqindən, milliyətindən, dinindən, dilindən və mənşəyindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqların bərabərliyinə təminat verir. "Mədəniyyət" haqqında Qanunun 11-ci maddəsinə əsasən milli mədəniyyətin inkişafına və qorunub saxlanılmasına yardım nəzərdə tutulur. 2001-ci ildə Azərbaycan Avropa Şurasının Regional və azlıq dilləri haqqında Avropa Xartiyasını imzalamışdır. Hal-hazırda Azərbaycanda onlarla milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. Onların arasında "Birlik", "Samur", "Tat", "Yaşlıq", Azuka türklərinin "Vətən" cəmiyyəti və onlarla belə cəmiyyətlər fəaliyyət göstərir. Dövlət bu qurumları ölkə büdcəsindən və Prezident fondunun hesabına milli yardım edilir. Milli azlıqlara qayğı Azərbaycanda qarşılıqlı hörmətin və talerantlığın bariz nümunəsidir. 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi