Narkomanlığa dair anket sorğusu

30 may 2019-cu il tarixində M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbin 9-11 sinif şagirdləri arasında narkomanlığa dair bilik səviyyəsini yoxlamaq məqsədi ilə məktəbin psixoloqu tərəfindən anket sorğusu keçirilmişdir. Məktəbin psixoloqu qeyd etdi ki, narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli bir prosesdir. Azərbaycanın müstəqilliyi bərpa etdikdən sonra digər məsələlər kimi, bu problemin də həlli öndə saxlanıldı. Ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 26 avqust 1996-cı il tarixdə müvafiq fərman imzalamış və problemin həlli istiqamətində həyata keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. İnsan amili dövlət siyasətinin əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bildiri ki, həyata keçirilən siyasətin önündə vətəndaş amili dayanır. Əhalinin sağlamlığının yüksək səviyyədə qorunması da prioritet məsələlərdəndir. Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə əhalinin məlumatlandırılması istiqamətində aparılan təbliğat işlərinin gücləndirilməsində də məqsəd beynəlxalq səviyyədə həyata keçirilən narkomanlığa qarşı mübarizədə Azərbaycanın fəallığını təmin etməkdir.