"Valideynin Məktəbdə Bir Günü" adlı layihə

30 may 2019-cu il tarixində M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə "Valideynin Məktəbdə Bir Günü" adlı layihə növbəti dəfə həyata keçirildi. Müxtəlif siniflərdə oxuyan şagirdlərin valideynləri açıq dərslərdə oturdular, keçilən dərslərin bugünkü təhsilin tələblərinə cavab verən sinif otaqlarını gəzdilər. Məktəbdə fəaliyyət göstərən "Sağlam təhsil" tədris metodu ilə keçirilən dəsrlərin keyfiyyəti ilə maraqlandılar. Valideynlər məktəb kitabxanası, yeməkxanası, sinif otaqları, akt zalı, laboratoriyalar, informatika otaqları və məktəb bağçası boyunca gəzərək məktəb mühiti ilə tanış oldular. Sonra valideynlər gördükləri vəziyyət ilə əlaqədar səmərəli fikir mübadiləsi və müzakirələr apardılar.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi