28 May Respublika Günüdür

27 may 2019-cu il tarixində M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbin 4 "c" sinif şagirdləri 28 May Respublika Günü münasibətilə tədbir keçirdilər. Tədbirin məqsədi şagirdlərdə vətənpərvərlik hissini daha da gücləndirmək, dövlətin tarixi keçmişi ilə tanış olmaq, Şərqdə ilk Demokratik Cümhuriyyət qurmuş xalqımızın möhtəşəm tarixinə nəzər salmaq idi. Tədbirin maraqlı və möhtəşəm keçməsi üçün üçrəngli bayrağımızı əks etdirən stend daha da diqqətə layiq idi. Stendin üzərində sülh rəmzi olan göyərçinlər Azərbaycan təbiətini əks etdirən güllər və çiçəklər xüsusilə gözəl görsənirdi. Ulu öndər Heydər Əliyev və prezident İlham Əliyevin şəkilləri də bayrağın yanında qoyulmuşdu. Şagirdlər Respublika Gününə həsr olunmuş tədbiri söylədikləri şeirlərlə və mahnılarla daha da maraqlı etdilər. Sonda məktəbin direktoru Sevda Abdullayeva və təlim-tərbiyə işləri üzrə direktor müavini Yeganə Şıxəliyeva çıxış edərək şagirdləri hazırladıqları tədbir münasibətilə təbrik etdilər. Respublika Gününün xalqımız üçün əhəmiyyətli bir tarix olduğunu bir daha vurğuladılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi