“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” mövzusunda diskusiya

Məzahir Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə 24 may tarixində 6 “b” sinfində “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” mövzusunda diskusiya təşkil olundu. İlk növbədə şagirdlərə ölkəmizin əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya haqqında məlumat verildi. Dünyada qəbul edilmiş bəyannamələr, hüquq və azadlıqları müdafiə edən təşkilatlar haqqında danışıldı. Ölkənin demokratikləşdirilməsi sahəsində aparılan islahatlar, Azərbaycanın hüquqi sisteminin Avropa insan hüquqları Konvensiyası və beynəlxalq standartlara uyğunlaşdırılması haqqında diskusiya aparıldı. Şagirdləri maraqlandıran məsələlər müzakirə edildi.