"Nəsimi yaradıcılığı" mövzusunda tədbir

Məzahir Rüstəmov adına 32 nömrəli tam orta məktəbin kitabxanasında 02 may tarixində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar "Nəsimi yaradıcılığı" mövzusunda tədbir keçirildi. Tədbirdə məktəb kitabxanaçıları, Azərbaycan dili və ədəbiyyatı müəllimləri və yuxarı sinif şagirdləri iştirak etdilər. Şagirdlər ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Məktəbin 7 "b" sinif şagirdi Quluzadə Aylin İ.Nəsimi yaradıcılığı ilə bağlı məlumat verdi, digər şagirdlər isə böyük şairin yaradıcılığında mühüm yer tutan qəzəlləri səsləndirdilər. Tədbirin məqsədi Azərbaycan xalq ədəbiyyatının inkişafında əvəzolunmaz rolu olan görkəmli şairin xidmətlərini təbliğ etmək idi. Tədbirin sonunda şagirdlər təltifnamə ilə mükafatlandırıldılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi