"Gəlin birgə oxuyaq!" şüarı altında tədbir

Məzahir Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə 23 aprel tarixində “Oxu Günü”nə həsr olunmuş "Gəlin birgə oxuyaq!" şüarı altında tədbir keçirildi. 2ç sinif rəhbəri Sabirə Abdullanın köməkliyi ilə hazırlanan tədbirdə şagirdlər “Kitabların sirri”, “Yalançı tülkü” səhnəciklərini təqdim etdilər. Şagirdlər ifa etdikləri rollarla əməkdaşlıq, düzgünlük, yoldaşlıq kimi mənəvi keyfiyyətlərin vacibliyini vurğuladılar. Tədbirdə şagirdlərin mütaliəyə marağının artırılması, kitablarla düzgün rəftar edilməsi, heyvanlara sevgi və qayğı ilə yanaşılması təbliğ edildi. Şagirdlər elm və biliyə aid aforizmlər də söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi