“Oxu Günü”nə həsr olunmuş tədbir

Məzahir Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə 23 aprel tarixində “Oxu Günü”nə həsr olunmuş tədbir keçirildi. Şagirdlər Mahir təmsil ustası Hikmət Ziyanın təmsillərini səhnəciklər şəklində təqdim etdilər. 3 “d” sinif şagirdləri Hikmət Ziyanın “Ağıllı kirpilər” təmsilini səhnəcik şəklində nümayiş etdirdilər. Bu təmsildə tülkünün hiyləgər hərəkətini “Ağıllı kirpilər” ifşa etdi və ağlın hər bir sahədə üstün olması şagirdlərə bir daha vurğulandı. Hikmət Ziyanın “Kirpinin düz sözü” təmsilini isə 4 “a” sinif şagirdləri canlandırdılar. Bu təmsildən şagirdlər belə nəticəyə gəldilər ki hər insan zəhmətə qatlaşmalıdır və əməyi sevməlidir. “İşləməyən dişləməz” kimi atalar sözü doğrudan da hər bir kəsə örnək olduğunu göstərir.