18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü

18 aprel tarixində Məzahir Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə "18 Aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" münasibətilə tədbir keçirildi. Tarix müəllimi Aygün Bəndəliyeva bu gün haqqında məlumat verdi. Həmçinin Azərbaycanın zəngin ölkə olduğunu qeyd etdi və yaradılmış tarixi abidələrdən danışdı. Ən qədim dövrlərə aid olan Azıx mağarası, Qobustan abidəsi, orta əsrlərə aid Mömünə Xatun, Gülüstan Bərdə türbələri, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri nəinki Şərqin, hətta dünya memarlığının ən gözəl incilərindən olduğu vurğulandı. Azərbaycan memarlıq abidələrinin bir neçə nümuməsinin rəsmini çəkən şagirdlər abidələr haqqında digər şagirdlərə məlumat verdilər. Sonda həm Azərbaycan, həm də dünyanın ən möhtəşəm abidələrinə aid videorolik nümayiş etdirildi.