Mülki Müdafiə günü ilə bağlı tədbir

Məzahir Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə 18 aprel tarixində Mülki Müdafiə günü ilə bağlı tədbir keçirildi. Tədbir himnin ifası ilə başladı. Tədbirdə Mülki Müdafiə gününün yaranma tarixindən bəhs olundu, təbii fəlakətlər və texnogen qəzaların təsnifatı, istehsalat qəzalarının qarşısının alınması üzrə tədbirlərin görülməsi, mülki müdafiə tədbirlərinin əhəmiyyəti barədə söz açıldı. Həmçinin tədbir zamanı şagirdlərin iştirakı ilə yaralıya tibbi yardım göstərilməsi, yanğın zamanı yanğının söndürülməsi, əleyhqaz və sairə vasitələrdən istifadə olunması qaydaları nümayiş etdirildi. Məktəb şagirdlərinin iştirakı ilə təlim prosesi həyata keçirildi. Sonda qeyd edildi ki, əhalinin mülki müdafiə sahəsində biliklərinin artırılmasını daim diqqət mərkəzində saxlamaq, eləcə də şagirdlərin fövqəladə hallar zamanı davranış qaydalarını bilmələri vacibdir.