"Serbiyanın iqtisadi əhəmiyyəti" mövzusunda "Açıq dərs" keçirildi

Məzahir Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə OCEP 2019 layihəsi çərçivəsində 16 aprel tarixində 8 "d" sinfində coğrafiya fənni üzrə "Serbiyanın iqtisadi əhəmiyyəti" mövzusunda "Açıq dərs" keçirildi. Coğrafiya müəllimi Lamiyə Həsənova Serbiyanın coğrafi mövqeyinin onun iqtisadiyyatına təsirindən danışdı.Eyni zamanda onun dünya bazarına çıxışı və Azərbaycanla iqtisadi əlaqələrindən söz açdı. Həmçinin sinif şagirdləri Serbiyanın coğrafi mövqeyi, iqtisadi əhəmiyyəti və kənd təsərrüfatı haqqında məlumat verdilər. Şagirdlər komandalar şəklində çıxış etdilər və aktivlik nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi