“Azərbaycan – Serbiya. Yaşasın dostluq!” mövzusunda “Açıq dərs”

Məzahir Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə OCEP 2019 layihəsi çərçivəsində 12 aprel tarixində coğrafiya fənni üzrə “Azərbaycan – Serbiya. Yaşasın dostluq!” mövzusunda “Açıq dərs” keçirildi. 8 “c” sinfində keçirilən “Açıq dərs” zamanı coğrafiya müəllimi Radə Əliyeva Serbiya ilə Azərbaycan haqqında müqayisəli şəkildə izahat verdi. Qeyd etdi ki, hər iki ölkə vaxtilə sosialist Respublika olaraq Serbiya Yuqaslaviya Federativ Respublikasının, Azərbyacan isə Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olublar. Yuqaslaviyanın və SSRİ-nin parçalanması nəticəsində hər iki dövlət müstəqil dövlət olublar. Müəllimin çıxışından sonra şagirdlər Serbiyanın coğrafiyası, coğrafi mövqeyi, tarixi, mədəniyyəti, adət-ənənələri, iqtisadi münasibətləri haqqında geniş izahat verdilər. Həmçinin şagirdlər geniş tərtibatda referat hazırlamışdılar. Bütün sinif şagirdləri aktivlik nümayiş etdirdilər.