“Azərbaycan-Serbiya əlaqələri” mövzusunda “Açıq dərs”

Məzahir Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə "Bakı-2019" Avropa Gənclər Olimpiya Festivalının tərkib hissəsi olan Olimpiya Mədəniyyəti və Təhsil Proqramı çərçivəsində 10 aprel tarixində tarix fənni üzrə “Azərbaycan-Serbiya əlaqələri” mövzusunda “Açıq dərs” keçirildi. Dərsdə 7-ci sinif şagirdləri Serbiyanın tarixindən, adət-ənənələrindən, mədəniyyətindən danışdılar və şeirlər söylədilər.