Valideynin məktəbdə bir günü

Martın 6-da M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə "Valideynin Məktəbdə Bir Günü" adlı layihənin həyata keçirilməsi məqsədilə tədbir keçirildi. Tədbirin keçirilməsinin əsas məqsədi valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunmasıdır. Valideynlər məktəb kitabxanası, yeməkxanası, sinif otaqları, akt zalı, laboratoriyalar, informatika otaqları və məktəb bağçası boyunca gəzərək məktəb mühiti ilə tanış oldular. Məktəb rəhbərliyinin iştirakı ilə səmərəli fikir mübadiləsi və müzakirələr aparıldı.