Milli Qəhrəman Məzahir Rüstəmovun doğum günü

2 mart 2019-cu il tarixdə M.Rüstəmov adına 32 nömrəli tam orta məktəb adını daşıdığı Milli Qəhrəman Məzahir Rüstəmovun doğum günü ilə bağlı tədbir keçirtdi. Tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, qohumları, məktəbin direktoru, pedaqoji heyəti və şagirdləri iştirak etdilər. Tədbir himnin oxunması ilə başladı və məktəbin direktoru Sevda Abdullayeva çıxış edərək Milli Qəhrəmanın şərəfli həyat yolunu şagirdlərə örnək göstərdi. Sonra Bakı Dövlət Universitetinin professoru, Məzahir Rüstəmovun atası İzzət Rüstəmov çıxış edərək xatirələrini bölüşdü. Tədbir şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdi. Milli Qəhrəman Məzahir Rüstəmov haqqında söylənilən şeirlər, oxunan mahnılar şagirdlərin şəhid olmuş qəhrəmana dərin rəğbət və məhəbbət hissini əks etdirdi.