"Dini ekstremizm və radikal dini təriqətlərə qarşı mübarizə” mövzusunda tədbir

13 fevral 2019-cu il tarixdə M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə  Nizami Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nizami rayon Polis İdarəsinin (RPİ) birgə təşkilatçılığı ilə “Dini ekstremizm və radikal dini təriqətlərə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə Nizami RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Fuad Şirinov və Aslan Sultanov, Nizami Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin baş inspektoru Pərvanə Əzizova, Nizami RPİ-nin Veteranlar Şurasının üzvləri Adil Abbasov, Firdovsi Bayramov  və 32 nömrəli məktəbin şagirdləri iştirak edirdilər. Öncə DQİDK-nın sifarişi ilə hazırlanmış “Fitnə” sənədli filmi nümayiş olundu.Tədbiri giriş sözü ilə açan Nizami RPİ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin baş inspektoru Pərvanə Əzizova dini radikalizm, ekstremizm və onun yaratdığı fəsadların qarşısını almaq üçün keçirilən bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışdı. Nizami RİH başçısı Aparatının məsul əməkdaşı B.Hüseynov rayon ərazisində dini etiqad azadlığının təminatı sahəsində görülən işlərdən bəhs etdi. Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov dini radikalizm və ekstremizmin mahiyyəti, onun milli-mənəvi dəyərlərimizə qarşı olan zərərli təsirləri barədə geniş məlumat verdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi