"Şəhidlik zirvəsi" adlı tədbir

19 yanvar 2019-cu il tarixində Qanlı Yanvarın 29-cu ildönümü münasibətilə tədbir keçirildi. Tədbirdə məktəbin direktoru, müəllimləri və şagirdləri iştirak edirdilər. Tədbirin əvvəlində Azərbaycanın dövlət himni oxundu. Sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Məktəblilərin hazırladıqları mahnı və şeirlər ifa edildi, 20 Yanvara həsr edilmiş film nümayiş olundu. Tədbirdə 20 Yanvarın yalnız matəm günü deyil, həm də müstəqillik qazanmış Azərbaycanın istiqlaliyyət günü olduğu bir daha vurğulandı. Çünki vətən yolunda qurban getmiş şəhidlər məhz bu günümüz üçün həmin zirvəyə yüksəlmişlər. Bu gün onların həm anım günü, həm də ölümsüzlük günü kimi yad edildi. Sonda isə məktəbin direktoru Sevda xanım Abdullayeva tədbir iştirakçılarına təşəkkür etdi və bu günün tariximizdə həmişə yad ediləcəyini qeyd etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi