"Sən elə bir zirvəsən..." adlı tədbir keçirildi

12 dekabr 2018-ci il tarixində 32 nömrəli məktəbdə ölməz lider Heydər Əliyevin anım gününə həsr edilmiş  "Sən elə bir zirvəsən..." adlı tədbir keçirildi. Tədbir himnin səslənməsilə başlandı, sonra isə dahi lider 1 dəqiqəlik sükutla yad edildi. Ümummilli liderin həyat və yaradıcılığından bəhs edən film göstərildi. Filmdən sonra şagirdlərin dahi liderə həsr etdikləri şeirlər səsləndi. Məktəbin direktoru tədbirdə çıxış edərək Heydər Əliyevin Azərbaycana xidmətindən danışdı. Qeyd etdi ki, Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişatını öncə görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdi. Təsadüfi deyildir ki, onun atdığı addımlar, irəli sürdüyü problemlər, qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı, düzgünlüyü və obyektivliyi və hər cəhətdən ölçülüb biçildiyindən ətraflardakıları heyrətləndirmiş, siyasət aləminin patriarxı adını qazandırmışdır. Hətta dünyanın ən görkəmli siyasət və dövlət xadimləri Heydər Əliyevlə məsləhətləşdiklərini, ondan öyrəndiklərini dönə-dönə etiraf etmişlər. Siyasətçilər bu dahi insanı "liderlərin lideri" adlandırırdılar. Eyni zamanda dahi liderin davamçısı prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqımıza göstərdiyi diqqət və qayğı da şagirdlərin diqqətinə çatdırıldı. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daima hörmətlə anılacaq. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır! 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi