18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü

Oktyabrın 18-i Azərbaycanın Müstəqillik Günü kimi qeyd olunur. Bu münasibətlə məktəbimizdə tədbir təşkil olundu.Tədbirdə çıxış edən məktəbin direktoru 27 il əvvəl oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edildiyini və bu aktın tariximizin ən şanlı səhifəsində öz layiqli yerini tutuğunu bildirib. Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz xidmətlərindən danışan məktəbin direktoru eyni zamanda qeyd edib ki, bu gün ümummilli lider Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz bütün sahələrdə mühüm inkişafa nail olub. Tədbirdə iştirak edən şagirdlər Vətənə olan sevgilərini söylədikləri şeirlərlə və vətənpərvərlik mövzusundakı çıxışları ilə ifadə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi