“Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət”

Ölkə prezidentinin 16 may  2017-ci il tarixli sərəncamını rəhbər tutaraq Nizami rayonu Məzahir Rüstəmov adına 32 №li tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət" adlı tədbir keçirildi.

   Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət  Vəliyeva, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, İdarənin müvafiq struktur bölmə rəhbərləri, millət vəkili Rasim Musabəyov, KİV nümayəndələri, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.

 Tədbir şagirdlər tərəfindən Dövlət himninin ifası ilə başlandı,sonra məktəbin direktoru Sevda Abdullayeva tədbiri açıq elan etdi. Şagirdlər tərəfindən  “Cümhuriyyət nəğməsi”, “İgidlər yurdum,ey Azərbaycan! nəğmələri səsləndirildi. Daha sonra gələn qonaqların çıxışları dinlənildi. Sonda Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair film də nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi