“OXU GÜNÜ” TƏDBİRİ KEÇİRİLİB

Aprelin 26-da Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” təşkil olunub.

Tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafına nail olmaqdır.

Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət  Vəliyeva, AMEA-nın, Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.

“Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən tədbirdə paytaxtın 40-dan artıq ümumtəhsil məktəbi ilə bərabər  32 №-li tam orta məktəbin kollektivi də iştirak edib.Tədbirdə məktəbimizin  şagirdləri dahi  Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” əsərini səhnələşdiriblər.

Tədbir çərçivəsində 30-dək nəşriyyat və kitabxana kitab sərgi-yarmarkası təqdim edib, “Kitab qoy - kitab götür” aksiyası da keçirilib və mütaliəsevərlər oxuduqları kitabları başqaları ilə paylaşıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi