BAYRAĞIMIZ QÜRUR MƏNBƏYİMİZDİR

Bakı şəhəri M.Rüstəmov adına 32№-li tam orta məktəbdə “Azərbaycan Respublikasının Dövlət Bayraq Günü” tədbiri keçrildi 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd olunur.Bu gün məktəbimizdə “Bayrağımız Qürur Mənbəyimizdir” adlı tədbirimiz oldu.Müəllimlərimiz tərəfindən təşkil olunan tədbirdə məktəb rəhbəri, direktor müavini, müəllim kollektivi, şagirdlər iştirak etdilər. Yuxarı sinif şagirdlərin hazırladığı,şeirlər,mahnılarla çıxış etdilər.Şagirdlər həvəslə ruh yüksəkliyi ilə hazırlaşmışdılar.”Bayraq Günü” münasibətilə bütün siniflərdə ayrı-ayrılıqda tədbirlər təşkil olundu. Aşağı siniflərimiz bayram əhval-ruhiyyəli çıxışlar etdilər.Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.