Məktəb seminarları başa çatıb

Paytaxt məktəblərində “Məktəb seminarları: İlin yekunları və perspektivlər” mövzusunda “Dəyirmi masa”lar yekunlaşıb.Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Dəyirmi masa”lar 3-7 iyul tarixlərində paytaxtın 12 inzibati rayonu üzrə bütün məktəbləri əhatə edib. Sonuncu “Dəyirmi masa”lar Suraxanı, Xəzər və Pirallahı rayonlarının ümumi təhsil müəssisələri üzrə keçirilib.“Dəyirmi masa”larda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri iştirak edib.Qruplar şəkilində ayrı-ayrılıqda təşkil olunan “Dəyirmi masa”larda tədrisin təşkili, istedadlı uşaqlarla iş, karyera inkişafı, şagird nailiyyətlərinin izlənilməsi, məktəbdaxili qiymətləndirmə, davamiyyət, şagirdlərin yerdəyişməsi, müəllimlərin peşəkar inkişafı, məktəbdənkənar fəaliyyətlərin düzgün planlaşdırılması, 2016-2017-ci tədris ilində tətbiq olunan layihələr, məktəblərin vahid pedaqoji elektron nəşrlərinin hazırlanması, məktəb saytlarının təkmilləşdirilməsi, ictimaiyyətlə əlaqələr işinin səmərəliliyinin artırılması və digər mövzular ətrafında müzakirələr aparılıb. Bundan başqa, məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili istiqamətində fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.Məktəb direktorları üçün keçirilən “Dəyirmi masa”da çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva 2016-2017-ci tədris ilinin yekunları və növbəti dərs ilində qarşıda duran vəzifələr barədə fikirlərini bildirib, məktəblər tərəfindən İllik Fəaliyyət Planının müstəqil şəkildə hazırlanmasının vacibliyi, şagirdlərin şəxsiyyət kimi formalaşdırılması, qiymətləndirmə, dərsə davamiyyətin tənzimlənməsi, təlim-tərbiyə prosesinin keyfiyyəti, təhsildə dəyərlər amili, məktəbəhazırlıq qruplarının təşkili barədə danışıb. Həmçinin, müəllimlərin dərs yükü, təmayülləşmə, müəllim-şagird-valideyn münasibətlərinin vəziyyəti, təhsil müəssisələrinin idarəedilməsi işinin təkmilləşdirilməsi, yeni layihələrin icrası, məktəblərin ictimai nüfuzunun artırılması, Təlimə Dəstək Mərkəzinin fəaliyyətinin genişləndirilməsi və digər məsələlərə toxunub.Məktəb direktorları qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələrini səsləndiriblər.Sonra müvafiq məsələlər ətrafında müzakirələr aparılıb. Qeyd edək ki, paytaxtın ümumi təhsil məktəblərini əhatə edən “Məktəb seminarları” layihəsinin ikinci ilində məqsəd təhsildəki keyfiyyət artımının daha da dayanıqlı olması, “keyfiyyətli təhsil vermək”, “xoşbəxt şagird - keyfiyyətin ən vacib göstəricisi” kimi amilləri əsas götürməklə, səmərəli məktəb ideyasının bir dəyərə, ənənəyə çevrilməsini təmin etməkdir. “Məktəb seminarları” təhsildə uğurlu nəticələr əldə edən məktəblərin nailiyyətlərinin müzakirəsi və idarəetmə istiqamətində mövcud olan uğurlu təcrübənin bölüşdürülməsi məqsədilə həyata keçirilən tədbirlərin davamıdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi