"İntellektual gələcəyimiz" adlı tədbir keçirilmişdir

"Birinci sinifdən proqramlaşdırmanın tədrisi" layihəsi çərçivəsində məktəbimizdə "İntelektual gələcəyimiz" adlı tədbir keçirildi.Tədbirdə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəsmi nümayəndələri və informatika müəllimləri iştirak etdilər. Məktəbimizin şagirdləri Scratch proqramlaşdırma dilində hazırladıqları işləri təqdim edib, iştirakçılara öz işləri barədə ətraflı məlumat verdilər.