"Ən yaxşı dərs"

Mayın 5-də məktəbdə “Ən yaxşı dərs”lərin dinlənilməsi layihəsi keçirildi. Bu layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdindəki Təlimə Dəstək Mərkəzi tərəfindən “Ən yaxşı dərs”lərin dinlənilməsini özünün fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu barədə verilən açıqlamalarda “Ən yaxşı dərs”lərin I-XI siniflərdə bütün fənlər üzrə təşkil olunduğu, dərslər dinlənildikdən sonra təhlil və müzakirəsinin aparıldığı, dinlənilən dərslərin müxtəlif meyarlar, o cümlədən dərsdə müəllimin innovativ üsul və vasitələrdən necə istifadə etməsi, dərsin bütün mərhələlərində şagirdlərin fəal iştirakına necə nail olması, seçilmiş mövzunun proqrama uyğunluğu və s. baxımından qiymətləndirildiyi qeyd olunur.