Xəzər Universtetində "Açıq qapı" Günü keçirildi

Mayın 1-də Xəzər Universitetində "Açıq qapı" günündə məktəbin şagirdləri iştirak etdilər. Universitetin rektoru Hassan Niknafs şagirdlərə universitet haqqına ətraflı məlumat verdi. Şagirdlər Xəzər Universiteti haqqında videokliplərə baxdılar və onlara bukletlər paylanıldı. Mərmər zalda universitetin dövlət sektorunda və özəl qurumlarda yüksək vəzifələr tutan məzunları haqqında nümayiş etdirilən stend şagirdlərdə böyük maraq doğurdu. Elektronika, inşaat mühəndisliyi, biologiya, kompüter və sair laboratoriyalarda, Kitabxana - İnformasiya Mərkəzində şagirdlərə məlumat verildi və sualları cavablandırıldı.Məktəblilər Xəzər Universitetindən xoş təəssüratla ayrıldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi