Oxu Günü

Aprelin 29-da Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə “Oxu günü” adlı tədbir keçirilib. Tədbir yeniyetmə və gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaq məqsədi daşıyır.Məktəbimizin şagirdləri "Oxu Günü" tədbirinə dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Yeddi gözəl" əsəri əsasında hazırladıqları təqdimatla qatıldılar. Təqdimat tədbir iştirakçıları və qonaqların böyük marağına səbəb oldu.