"Həmrəyliyimiz birliyimizdir" mövzusunda inşa və rəsm müsabiqəsi keçirilmişdir
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94- cü ildönümü münasibətilə və Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə Nizami rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Həmrəyliyimiz birliyimizdir” mövzusunda inşa və rəsm müsabiqəsi keçirilmişdir.Məktəbimizin 8 C sinif şagirdi Zeynəb Cəfərzadə və 11 A sinif şagirdi Dinarə Qurbanova bu müsabiqədə fəal iştiraklarına görə diplomla təltif edilmişlər.