Şahmat festivalı

“Təhsil” Respublika İdman Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şahmat festivalının I mərhələsi keçirilmişdir. Yarışın keçiriliməsində əsas məqsəd şahmat fənni tədris edilən pilot ümumtəhsil məktəblərində fənnin mənimsənilmə səviyyəsinin artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etmək, istedadlı şahmatçıları aşkar etmək və məktəblilər arasında bu idman növünü təbliğ etməkdir. Festivalda iştirak edən məktəbimizin 3 C sinif şagirdi Orxan Bağırov finala vəsiqə qazanmışdır. Şagirdimizə uğurlar və qələbə sevinci arzulayırıq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi