"ŞAHİNLƏR" hərbi-idman oyunları keçirilmişdir

05 aprel 2017-ci il tarixində Daxili Qoşunların “N” saylı hərbi hissəsində Nizami Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilmişdir. Məktəbimizi bu yarışda 10-11-ci sinif şagirdlərindən ibarət komanda təmsil etmişdir.Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva və Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev çıxış edərək “Şahin” hərbi-idman oyununun keçirilməsində məqsədin böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaqdan, məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına köməklik göstərilməsindən ibarət olduğunu bildirmişlər.