Peşəyönümlü xidmətin təşkili "Məktəbdən karyeraya"

14 may 2025-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının karyera məsləhətçiləri Aygül Talıbova və Günay Həsənova tərəfindən Bakı şəhəri, Nizami rayonu 32 nömrəli tam orta məktəbdə "Məktəbdən karyeraya" mövzusunda maraqlı və interaktiv təlim keçirildi. VIII-IX sinif şagirdləri əmək bazarının hazırkı vəziyyəti, müxtəlif peşə və ixtisaslar, eləcə də uğurlu peşə seçimi haqqında məlumatlar əldə etdilər. Onları maraqlandıran suallar cavablandırıldı və faydalı tövsiyələr verildi.