Qarabağ Universiteti abituriyentlər üçün təbliğat görüşlərinə start verdi

  Qarabağ Universiteti 2025-2026-cı tədris ilində abituriyentlər üçün təbliğat kampaniyasına başlayıb. İlk görüşlər Bakı şəhərində yerləşən 32 nömrəli tam orta məktəbdə keçirilib. Görüşdə Qarabağ Universitetinin Humanitar və sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva, İncəsənət fakültəsinin kafedra müdiri Arslan Növrəsli, Beynəlxalq Dil Mərkəzinin müəllimi Aytac Yolçuyeva və abituriyentlər, 32 nömrəli məktəbin direktoru Sevda Abdullayeva, müavinlər, şagirdlər və digər başqa məktəblərin şagird və müəllim kollektivi iştirak ediblər. Görüşlərdə təqdimatla çıxış edən universitet nümayəndələri  Universitetin tədris proramları, fakültələr, ixtisaslar, Beynəlxalq Dil Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat veriblər. Görüşdə, həmçinin Qarabağ Universitetinə tələbə qəbulu ilə bağlı maarifləndirici söhbət aparılıb, universitetin üstünlükləri, tədris prosesi, müəllim heyəti, təqaüd imkanları, yataqxanası və digər müvafiq məsələlər barədə ətraflı məlumat verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi