"Gənclər narkomaniyaya yox deyir!" mövzusunda tədbir keçirilmişdir

Məktəbimizdə "Gənclər Narkomaniyaya yox deyir!" adlı maarifləndirici tədbir keçirilmişdir. Tədbdə DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla Profilaktiki işin Təşkili şöbəsinin rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov, Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla Profilaktiki işin Təşkili şöbəsinin rəisi, polis mayoru Məryəm Ömərova, Nizami RPİ-nin rəisi, polis polkovniki Ədalət Abbasov, Nizami RPİ-nin Yetkinlik yaşına çatmayanlarla Profilaktiki işin Təşkili bölməsinin rəisi, polis kapitanı Yaşar Həsənov, Nizami RPİ-nin Veteranlar Şurasının idarə heyətinin üzvü, sədr Aydın Əzimov, şuranın üzvləri Fərhad Bağırov, Firdovsi Bayramov, Respublika Narkoloji dispanserin həkim-narkoloqu Asif Kəngərli və DİN-in Mətbuat Xidməti idarəsinin əməkdaşı,polis mayoru Hafiz Təmirov iştirak etmişdir.Natiqlər narkomaniyanı bəşəriyyətin ən böyük bəlası adlandıraraq şagirdlərə onun cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olduğunu söyləmiş, narkomaniyaya qarşı cəmiyyətin bütün üzvlərinin mübarizə aparmalı olduğunu, yeniyetmə və gənclər arasında mütəmadi maarifləndirmə tədbirlərinin aparılmasının vacibliyini diqqətə çatdırmışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi