"Fövqəladə hallar uşaqların gözü ilə"
Dekabrın 18-də "Fövqəladə hallar uşaqların gözü ilə" XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbir içtirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin hüzünlə yad ediblər. Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra müsabiqənin seçilmiş işlərindən təşkil olunmuş sərgiyə baxış olub.Daha sonra mükafatların təqdimetmə mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsindən sonra Föqaladə Hallar Naziri Kəmaləddin Heydərov, Gənclər və İdman Naziri Fərid Qayıbov, Elm və Təhsil Nazirinin müavini Həsən Həsənli və Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov çıxış ediblər. Tədbir məktəblilərin təqdimatında milli vətənpərvərlik ruhunda bədii hissə ilə davam etdirib. Məktəbimizin şagirdləri rəsm müsabiqəsində III yerə layiq görülüblər. Məktəbin direktoru şagirdləri təbrik edib uğurlar arzulayıb.