"Yaşıl Dünya Naminə Həmrəylik ili" " naminə iməcliklər,maarifləndirici dərslər!
Məktəbin daxilində həyətyanı sahəsində iməclik təşkil olundu. İməclikdə 3ç sinifinin müəllimi Dünyamalıyeva Aidə şagirdləri ilə birlikdə təmizlik işləri gördülər. Şam ağacları, güllər, dibçəkdə çiçəklər əkdilər. Xüsusi olaraq kreativ geyimləri ilə seçilirdilər. Məktəbin direktoru Sevda Abdullayevanın iştirakı uşaqları daha da həvəsləndirdi, əhval-ruhiyyələri, sevincləri bəlli olurdu. Məktəbin direktoru Sevda Abdullayeva "Yaşıl Dünya Naminə Həmrəylik ili" haqqında danışdı, ağac əkməkdə uşaqlara dəstək oldu. Sinif müəllimi Aidə Dünyamalıyeva ilə birgə gülləri əkdilər, qulluq etdilər. "Dünyamızı yaşıllıqlara qərq edək" devizi altında təşkil etdiyi bugünkü xüsusi maarifləndirici dərs maraqla qarşılandı.