Uşaq Hüquqları

Uşaq hüquqları aylığı çərçivəsində 04.11.2024-cü il tarixində məktəbin psixoloqu Aybəniz Babazadə IV sinif şagirdləri ilə "Uşaq hüquqları" mövzusunda dəyirmi masa təşkil etdi. Şagirdlərə öz hüquq və vəzifələri haqqında məlumat verildi, videoçarx nümayiş olundu və uşaqların fikirləri alındı. Təşkil edilən dəyirmi masada şagirdlərə uşaq hüquqları ilə bağlı iş vərəqləri paylandı, şagirdlər vərəqlərdə öz fikirlərini yazdılar.