"Yaşıl Dünya Naminə qənaət"

Təşkilat saatlarının mövzularından biri də "Yaşıl Dünya Naminə qənaət". 4c sinifinin müəllimi Abdulla Sabirənin təşkil etdiyi dərsdə internet resurslarından istifadə olunmuşdur. Şagirdlərin hazırladıqları əl işləri, maketlər kreativ olaraq düzənlənmiş və sərgidə nümayiş olundu. Şagirdlər COP29 nədir? bu barədə fikirlərini bildirdilər. Sinif təşkilatında direktor müavini Yeganə Şıxəliyeva, metobirləşmə rəhbəri Natavan Mustafazadə iştirak edirdilər. Sinif müəlliminin çıxışı, maarifləndirici məlumatları dinlənildi.