Yaşıl Dünya üçün, Yaşıl Dünya naminə yaşıl Gələcək Naminə Həmrəy olaq!

"Yaşıl Dünya Naminə Həmrəylik ili" çərçivəsində məktəbin foyesində geniş, mənzərəli, "Yaşıl Zona", "Yaşıl Guşə" sərgisi yaradıldı. Bu sərgidə məktəbin şagirdlərinin rəsmləri, "Steam" dərsini tətbiq edən müəllimlərlə bərabər "Yaşıl Dünyamızın davamlı inkişafı" naminə əl işləri nümayiş olundu. "Yaşıl Dünya naminə qənaət" rəngli kağızlardan ibtidai sinif şagirdləri hazırladıqları maketi təqdim etdilər. Ekaloji qloballaşma dedikdə nəyi başa düşdüklərini hazırladıqları maketdə təsvir etdilər. II-X sinif şagirdləri fəal iştirak etdilər və bu şagirdlərə təşəkkürümüzü bildirik. Sərgidə məktəbin direktoru Sevda Abdullayeva, direktor müavini Minarə Şahsuvarlı, məktəblilər, müəllim heyəti sərgiyə baxış keçirdilər. Məktəblilər rəngli boyalarla yaşıl dünyamızı daha da rəngarəng etdilər.