Təbiət sinifimizin dostudur

3a sinif müəllimi Sədaqət Qurbanova və şagirdləri "Təbiət sinifimizin dostudur" mövzusunda sinif təşkilat saatı nümunəvi olaraq təqdim etdilər. Şagirdlər "yaşıl dünyaya baxışı", "təbiəti qoruyaq", "yaşıl sinif", "Yaşıl Dünya naminə Həmrəy olaq" devizi altında rəsmlər, divar qəzetləri, aforizimlər nümayiş etdirdilər. Dibçək güllərə qulluq necə olunur? bunu şagirdlərə əyani olaraq göstərdilər, çiçəklərin yarpaqlarını silib, təmizlədilər. Məktəbin dəhlizində olan dibçək güllərə qulluq etdilər.