10 oktyabr Ümumdünya Psixi Sağlamlıq Günü

  10 oktyabr Ümumdünya Psixi Sağlamlıq Günü münasibətilə Bakı şəhər 32 nömrəli tam orta məktəbin psixoloqu Babazadə Aybəniz 3B sinif şagirdləri ilə psixi sağlamlıq mövzusunda maarifləndirici bir tədbir keçirmişdir. Tədbirin əsas məqsədi uşaqlara psixi sağlamlığın əhəmiyyətini aşılamaq və bu mövzuda düzgün davranış vərdişləri formalaşdırmaq olmuşdur. Psixoloq Babazadə Aybəniz şagirdlərlə səmimi söhbətlər edərək, psixoloji rifahın qorunması üçün vacib olan amilləri izah etmiş və art terapiya haqqında geniş məlumat vermişdir. Bu çərçivədə, şagirdlər öz yaradıcı potensiallarını inkişaf etdirmək üçün mandala rəngləmə fəaliyyəti ilə məşğul olmuşlar. Mandala rəngləmənin həm stressi aradan qaldırmaq, həm də diqqət və konsentrasiya bacarıqlarını gücləndirmək üçün faydalı bir məşğuliyyət olduğu qeyd edilmişdir. Tədbir, uşaqların həm əylənərək öyrəndikləri, həm də emosional rahatlıq qazandıqları bir təcrübə olaraq qiymətləndirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi