Milli Qəhrəman Məzahir Rüstəmovun doğum gününə həsr olunmuş tədbir keçirildi

Məktəbimizin adını daşıdığı Milli Qəhrəman Məzahir Rüstəmovun şəhid olmasından 25 il keçir. Bu münasibətlə məktəbimizdə anım tədbiri keçirildi. Tədbirdə Milli Qəhrəmanın atası İzzət Rüstəmov, anası Rəfiqə xanım, qızı Təhminə, digər ailə üzvləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevda Abdullayeva Milli Qəhrəmanın şərəfli ömür yolundan danışaraq, qəhrəmanların ölmədiklərini, daim qəlblərdə yaşadıqlarını bildirdi. Belə tədbirlərin şagirdlərdə vətənpərvərlik ruhunun aşılanmasına xidmət edərək, onların şəxsiyyət kimi formalaşmasında müstəsna rol oynadığını nəzərə çatdırdı.Tədbirdə Milli Qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri çıxış edərək, onun qəhrəmanlığından söz açıb, keçdiyi döyüş yolunun bugünkü nəslə örnək olduğundan danışdılar. Məzahir Rüstəmova həsr edilmiş "İgidlər ölmur" adlı sənədli film tədbir iştirakçılarına nümayiş etdirildi.Sonda məktəb şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya səsləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi