İlk məktəb günü, Bilik gününüz mübarək!

Bildiyiniz kimi bu gün Azərbaycan Respublikasının bütün təhsil müəssiələrində Bilik günü qeyd olunur. Bu münasibətə biz bütün 1-ciləri, təhsil işçilərini, müəllim heyətimizi təbrik edirik. "Bilik Günü" tədbirimiz himnlə başladı, 1 dəqiqəlik sükutla şəhidlərimizin əziz xatirəsi yad edildi. Məktəbin direktoru çıxış etdikdən sonra Rayon İcra Hakimiyyətinin nümayəndəsi Könül xanıma söz verildi. Çıxışlar bitdikdən sonra 1-cilər şeir paylarını söylədilər, musiqi töhvələrini ifa etdilər və "İlk zəng" 1-cilər üçün çalındı.