Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya

      04 may 2024-cü il tarixində VIII sinif şagirdləri Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya ediblər. Xüsusi ayrılmış bələdçi şagirdləri Azərbaycanda ən qədim zamanlardan müasir dövrümüzə qədər olan arxeoloji-tarixi eksponatlarla tanış edib, hər birinin tarixi haqqında geniş məlumat verib. Azərbaycan etnoqrafiyasının, mədəni irsinin  ən zəngin nümunələri olan xalçaçılıq, zərgərlik, ipəkçilik kimi sənət sahələri, geyim mədəniyyəti, atçılıq mədəniyyəti, toy adət - ənənələri haqqında da danışıb. Şagirdlər muzeydə Azərbaycanın Milli Qəhrəmanları general -mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, polkovnik Şükür Həmidov və Çingiz Qurbanova məxsus əşyaların və fotoların nümayiş olunduğu bölmə ilə tanış olmuşlar və vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad etmişlər. Muzeydə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrü təşkil edən fotosərgi ilə tanış olmuşlar. Şagirdlər Ulu öndərin xatirəsinin hər zaman qəlblərində yaşayacağını söyləyiblər.

      Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsinin möhtəşəm qələbəsi - 8 noyabr – Zəfər Gününü əks etdirən bölmə ilə də tanış olmuşlar və xatirə şəkli çəkdirmişlər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi