Xocalı soyqırımı - 25 il yaddaşımızda!

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Nizami rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı, "İki sahil" qəzeti və Bakcell şirkətinin dəstəyi ilə məktəbimizdə "Xocalı soyqırımı - 25 il yaddaşımızda" mövzusunda tədbir keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət xanım Vəliyeva, Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, YAP Nizami rayon təşkilatının sədri Sədaqət xanım Vəliyeva, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və digər qonaqlar iştirak edirdilər. Məktəbin foyesində Xocalı soyqırımına həsr olunmuş kitab, jurnal və qəzetlərdən, şagirdlərin Xocalı faciəsinə həsr etdikləri rəsm əsərlərindən ibarət təşkil edilmiş sərgi iştirakçılar tərəfindən maraqla qarşılandı. Tədbir iştirakçıları çıxışlarında Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verdilər.Çıxışlardan sonra rayon məktəbliləri arasında elan edilmiş "Xocalı soyqırımı - 25 il yaddaşımızda" mövzusunda inşa və rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi oldu.