Yel çərşənbəsi Novruzun üçüncü çərşənbəsidir

Novruz mübarək qədəmləri ilə qapılarımızın astanasındadır. Yel çərşənbəsində əsən isti, soyuq küləklər yazın ilıq nəfəsini hiss etdirir. "Novruz çərşənbələri" sinif təşkilat saatı 4b sinifində müəllim Aybəniz Sərdarova "Yel çərşənbəsinə" dair vidyoçarx nümayiş etdirirdi. Şagirdlər, şeirlər söylədilər, adətlərdən danışdılar. VI-X sinif şagirdləri rəsmlərini nümayiş etdirdilər.